Sən, bir xatirəydin.

Bir təsəlli, ümid, əlimdəki hər şey.

Nə çox istəmişdim, səni -

Nə qədər, bilirsənmi, cavab ver.

Sona bu qədər hazır ikən,

Sən getmək istədikcə qal istədim.

Bitsin istədin və sonrası hər şeyin.

Hər addımın səsində bir az gecə çökdü...

Hər şeydən qabaqcıl bir şey idin.

Haqlı olan kim idi, nə istəyirdin?

Boşver, bəlkə də mən istəmirdim.

Və yoxsan, əllərim titrəyir astadan.

Nəsə qalar deyə baxıram,

Hər küncü gəzirəm -

Bir şeylər üçün səndən.

Bəlkə bir şey düşər əllərindən,

Saçının teli bəlkə.

Bəlkə soyuq bir baxışın, gözlərindən.

Gedərkən ləpirlərin, hər hansısa bir ləkə.

Sanki qovan var baharı.

Üstümdə bulutlar, hər yerdə qurağlıq.

Ətrini saçmır evimin daşı, divarı.

Səssiləşir dünyam, yorğunlaşıram.

Saatlar donur, dəqiqələrdən küsərək…

Sən, bir xatirəydin.

Bir təsəlli, son ümid, son qaynaq.

Əlçatmaz bir şey idin.

Günəş bəlkə, səma, ulduz kimi parlaq...

Mənim olmayan tək şey idin.

Hər şey var ikən mütləq olmaz payım.

Nə fərqi var artıq nəyinsə nəyə...

Gərək sənsiz hər anı sayım, yazım.

Səni düşünəcəm, qucaqlaşıb sənlilərlə.

Barı…

Ümidlərdən olarsan, qayıtsan, mənim.

Artıq hansısa bir günün, bir sabahı...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə