Məhəbbət bazarda satılmır axı,
Klenti aldadıb, ona "atasan".
Gedib 5 manatdan alıb sevgini
Üstünə 10 qəpik qoyub, satasan.



Biri öz sevgisin ucuzlaşdırır,
Puldan üstün tutur sevgisin biri.
Verilən dəyərlər dəyişir, olur
Dırnağarasında "sevgi alveri".

Xəyanət artdığca qiymətlər düşür,
Sevgilər artdığca qiymət yüksəlir.
Saxta matrealdan dövrana indi,
"Abtavoy" qiymətdən ürəklər gəlir.

Var elə sevgilər, nitqin quruyur,
Ürəkdən bir kəlmə sözün d ə gəlmir.
Verdiyin dəyərdən az olur sevgi,
"Zdaç" istəməyə üzün də gəlmir.

Sevgi dükanında var elə sevgi,
Ürək döyündükcə yaşayır, ölmür.
Əlavə şöbə var kasıblar üçün,
"Üz vurma, məhəbbət nisyə verilmir"!

Keyfiyyət çox olsa müştəri artır,
Kəmiyyət artdığca düşür səviyyə.
Gözləriniz aydın, kampaniya var,
"İkisin sevənə biri hədiyyə".

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə