Bu dəli könlümün sirrli məkanı
Deyildi yerlərin tozu torpağı
Yerdəki yarını axtarmırdı o
Sonsuz səmalardı onun oylağı
Nə odlu baxışlar onu sarardı
Nə bir insan oğlu onu arardı
Hədəfsiz oxlara o nişan oldu
Könlümü bir dəli göylərdən saldı
Sevgilim,ovunu yaman haqladın
Bu könlü qəfəsə salıb saxladın
Ahınla qəlbimi sən alışdırdın
Sanki bu az imiş özün ağladın
Nə yaxşı sən məni göylərdən saldın
Məni əzizlədin dərdimə qaldın
Tanrı görüşdürüb bizi,istəsə
Bəlkə də sən mənə,mən sənə qaldım
Göylərdən enmişəm bir sənin üçün
Odlandım bir közdən bir sənin üçün
Qoşa qanad olub gəl pərvazlanaq
Elə qayıtmışam bir sənin üçün