Gəncliyindən can qoydun yolumuzda
Vətən hissi oyatdın ruhumuzda
Sən getdin qandal oldu qolumuzda
Tez qayıdıb yetişdin bu haraya
Bizi qorumaqçün gəldin dünyaya
Sənin qayıdışın başqa cür oldu
Yoluna tikanlı çəpəl quruldu
Qəzəbdən düşmənin gözü kor oldu
Onlar qan saldılar bayrama toya
Bizi qorumaqçün gəldin dünyaya
Gəzdin qarış-qarış bütün cahanı
Dünyaya tanıtdın Azərbaycanı
Sülh ilə susdurdun qanlı davanı
Çəkdiyin əziyyət gəlməsin zaya
Bizi qorumaqçün gəldin dünyaya
Müqəddəs ruhuna baş əyirik biz
Sən qoydun dünyada silinməyən iz
Tutdun bu milləti canından əziz
Körpülər yüksəltdin o tay,bu taya
Bizi qorumaqçün gəldin dünyaya
Həmişə xalqına sən dayaq oldun
Vətən keşiyində mərd oyaq oldun
Cahan qarşısında üzü ağ oldun
Zeynəbəm,heyranam səntək ataya
Bizi qorumaqçün gəldin dünyaya