Qəzəbim böyüyür hər keçən zaman,
Uzatma dostluğa əlləri mənə.
Mənim həyatimin qürub çağisan.
Qaytar apardiğin illəri  mənə.

Quru damla-damla,yox ol,torpaq ol!
Bəlkə sən qurusan dərdlərim bitər.
Sən mənə beş-altı şəhər uzağ ol.
Məndən aldiğini almisan,yetər.

Sevən ürəklərçün tikanli məftil.
Ayriliq rəmzisən əzəldən dəniz..
Sənin xasiyyətin düzələn deyil,
Qozbeli qəbirdi düzəldən-dəniz.

Sən mənim arxamca daha sürünmə.
Girmə gecələr də yuxuma-dəniz,
Heç coşub çaglama,dərdli görünmə.
Mənə mühazirə oxuma-dəniz.

Mən ki iç üzünü bilirəm sənin.
Azad fikirlərin boğulduğu yer.
Elə mən olacam,mən sənə qənim.
Dəniz-xəyanətlər doğulduğu yer.

Sən şair qəlbini etsəndə məhbus.
Istedad qatili olsanda dəniz.
Elə mən edəcəm,mən səni məyus.
Mən səni qoyacam ağlar,kimsəsiz.

Səni dəfn edəcəm sinəmin üstə.
Səni şeirlərdə basdiracağam.
Sən məndən illəri almağin üstə.
Eyfel qülləsindən asdiracağam.

Sənin biləngini şeirlə büküb,
Varabey qanina bulayacağam.
Isa çəkildiyi çarmixa çəkib,
Janna Dark tonqali qalayacağam.
Məndən zərrə qədər mərhəmət umma.
Üstünə atəşlər calayacağam.

Səni şeirlərlə biabir edib,
Neftinin rənginə boğacam səni.
Səni misra-misra məhv edib,didib,
"Ölüm dərəsi"-nə  soxacam səni.

Şair yarasına basdiğin duzu,
Səndən neştər-neştər tökəcəm-dəniz,
Sənki qaraltmısan həyatımızı,
Sinənə aysberq çəkəcəm-dəniz.

Tökəcəm üstünə şeir zəhəri,
Səni şeirlərlə susduracağam.
Udub,həzm etdiyin Titanikləri,
Sənə bircə-bircə qusduracağam.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə