Yadındadı?
payız idi…
Yadındadi?
o ilk baxış?
Baxışından elə çaşdım,
sənə qaçdım…
Azca ayağım büdrədi,mənə güldün…
o payız mən gülüşünlə
çiçək açdım…
O payız dünya gözümdə
qızlıq, qadınlıq taxtıydı,
Sənə necə inanmışdım,
Mənə “gülüm” deyəndə sən
Güllərin solan vaxtıydı…
Yadındadı?
Uzağa baxıram deyərdin mənə
Uzaqgörən deyiləmmiş…
Heç gözləmədiyim tərəfdən
gəldin, amma
Gözlədiyim tərəfdə də yoxsan indi…
O istəyin,o həvəsin
bu payızdan o payıza
Qayıdarmı bir də geri?
Özün doldura bilmirsən
Xəyalın dolduran yeri.