Qaranlıq gecə... bu şəhər,bu mən Yanan işıqlar... birinin ardında sən. Bəlkədə yoxsan heç bu şəhərdə Mən yaxınlaşır, sən uzaqlaşırsan. Nə düşünür,nə edir görən haralardasan Bəlkə dəniz sahilində, ya qaranlıq otaqda Ya küçəylə gedirsən, ya əyləşib maşında Bəlkə dostlar yanında, qohumlar ətrafında Ya pəncərə ardından yağışı seyr edirsən Bəlkə qarda başlayır sevinirsən gülürsən. Bəlkə əllərin qoynunda qəmlisən,küskünsən... Bəlkə efir seyr edir, ya radio dinləyirsən. Bəlkə gündüzlər çox işləyir, gecələri yorğunsan Heç kimlə danışmadan yatağa uzanırsan. Bəlkə başın ağrıyır, ya dişin,ağrıyırsan Bəlkə də yatmısan yuxuda sayıqlıyırsan. Ya dayanmadan zəng çalan telefona alo deyirsən Bəlkə o kiminləsə... şirin söhbət edirsən. Bəlkə mesaj göndərir, internetə qoşulur, Bəlkə sabaha kimi əyləncə,kef olur... Bəlkə... bəlkə... nə çox bəlkələr... Nələr düşündürür... nəyə qadir gecələr. Açılan sabah... bu şəhər,bu mən. Sönən işıqlar... gözdən itən sən.