Heydər baba!

Sən gələndə yurdumuza

Günəş doğdu,

Ulduzlara çatdı soraq.

 

Sən gələndə ayrılmışdı

bir-birindən çəkic-oraq.

Könlü-gözü götürməyən

hər addımda

təkcə səni izləyirdi.

Milyonlarla qəlbi açıq,

üzü gülər

xalq rəhbərin gözləyirdi.

Gəlişinlə nail oldun

Hər bir evdə sakitliyə,

gəlişinlə nail oldun

ölkəmizdə sabitliyə.

Unudulmaz 15 iyun,

bu həmən gün –

bir qurtuluş günü kimi

daxil oldu

Azərbaycan tarixinə.

Alqış dedi xalqın sənə!

Heç bircə il ötüşmədi

Nail oldun atəşkəsə.

Hər sözünü dedin kəsə;

Səsin gəldi BMT-dən,

Səsin gəldi hər ölkədən.

Xalqın baxıb fəxr elədi,

Tribunaya çıxanda sən.

Danışanda coşqun Araz,

aşıb-daşan Kür oldun sən.

Böyük-böyük dövlətlərin

qarşısında şir oldun sən.

Həqiqəti üzə dedin.

Qəlbindəki ən müqəddəs

Duyğuları bizə dedin.

Sevdin xalqı,

Sevdin eli.

Axı, harda görünübdür?!

Bağbansız da

bağça-bağın açsın gülü.

“Əsrin müqaviləsi”ni

İmzalayan əl sənindir.

Konstitusiyamızı

Qəbul edən el sənindir.

Bu gün doğma Azərbaycan,

Dünya birliyinin üzvü.

ATƏT-in, həm Avropanın,

Bütün bu Yer kürəsinin

Dikilibdir bizə gözü.

Ancaq bizim qəlbimizdə,

Qarabağın yarası var.

Bilirik ki, gün gələcək,

Onun da bir çarəsi var.

Bu torpağın övladları,

Babək, Nəbi, qoç Koroğlu,-

İgidliyi on qat olub

Erməninin dığasısa

Satqın Səhli Sunbat olub.

Hər görüşdə,

hər çıxışda

-Çəkil, - dedin qəsbkara.

-Çəkil, - dedin, - keçər candan,

Verən deyil Azərbaycan,

Bircə qarış torpağından.

Heydər baba!

Sən gələndə güldü üzlər,

Ay sevindi, il sevindi.

Sən gələndə milyon-milyon

Bu xalq, millət, el sevindi.

Kim deyir ki, bu gün yoxsan?

İnanmıram!

Bu fərəhli günümüzdə,

Bu İlhamlı günümüzdə,

Dünən də sən,

bu gün də sən,

sabah da sən,

Bizimləsən,

bizimləsən,

bizimləsən!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə