Minnətsiz sevgisiylə
Yer ilə qucaqlaşan
Göy üzü.
Nə yaxşı ki sən varsan.
Hərdən yerdə darıxanda,
Həyatdan karıxanda,
Sadəcə sənə baxmaq yetər.
Gecə şər qarışanda,
Dan yeri söküləndə
Sənə dalmaq yetər.
Sükutuna qarışıb,
Cənnətinə qovuşub
Yenidən doğulmaq
Nə gözəl.
Nə yaxşı ki
Zorun, gücün paylaşdığı
Bu dünyada
Bütöv əzəmətin vardır.
Sükutun da dil açır:
Nə qədər alçalsanız,
Nə qədər ucalsanız,
Tanrıya ucalan
Tək yol məndədi.
Məndən enən,
Mənə qalxan
Tək yol.
Unutma!
Yer üzü ,
İnsan!