Sən mənim yanımda, amma bəs nədən,
Mən sənin yanında, tənhalıqdayam.
Sanki, bir yuxusan, ya da ki, xəyal,
Beləcə, mən səni xatırlayıram.
Sakitlik, bu nədir, sanki insan yox.
Ya da biz yadlarıq, tanış deyilik.
Bu qədər soyuqluq, nədən yaranır?
Niyə biz, mehriban söhbət etmirik.
Xəyal mən?, yoxsa sən?, biz ikimizdə,
Varikən yox kimi, yuxu kimiyik.
Başımız üstündə nə böyük dəhşət,
Çünki biz, ailəyə qiymət vermirik.
Hal-əhval tutub, danışmaqdansa,
Yaxşı - pis hər şeyi, bölüşməkdənsə,
Susuruq, amma ki, qəlbimiz dolu,
Beləcə, yadlaşıb uzaq düşürük.
Günahkar varsa, o da ikimiz,
Başımız qarışıb öz işimizə.
Artıq unutmuşuq, hörmət etməyi,
İndi, ona g örə, xoşbəxtlik yoxdu.
Əlbəttə, qəlbimiz sevgilə dolu.
Bu hal, ikimizi yaman çox üzür.
Səhv etdim, əslində üzülmürük biz.
Çünki, səbəbsiz, söhbət etmirik.
Qorxuram bu sevgi, tez sona çatar.
Ailə parçalanar, ailə bölünər.
Ailəni qoruyaq, sadəcə bizə,
Səmimi, mehriban dost olmaq lazım.