Sənə yalan söyləsə,

Bircə acı söz desə,

Dilim quruyar!

 

 

Uyub fitnəyə, felə,

Dəysə özgə bir telə,

Əlim quruyar!

 

Qoyma həsrətdən yanam,

Üzməsə nazlı sonam,

Gölüm quruyar!

 

Bəzəyisən bu bağın,

Toxunmasa dodağın,

Gülüm quruyar!

 

Şahsan, tac var başında,

Əyilməsə qarşında,

Belim quruyar!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə