Gəl su olaq səninlə
Bulanaq dalğaların həris uğultusunda
Bir yosun kölgəsində, bir balıq yuxusunda
Bir dalğa yəhərində, dənizin lal yerində
Danışaq ağzımızdan köpük axana kimi


Xərçəng tutmuş dalğalar
Son küləyi belindən verib-alana kimi
Ayın işartısını buludlara dəyişək
Fırtınada ayrılaq, buxarlanıb görüşək
Ayrı tor istəmirəm, bir qarmağda bitişək
Gəl su olaq səninlə
Cadarlanmış dənizin yanğısını yatıraq
Günəşə nəfəs verək, ayı suda batıraq
Çilənək ulduzlara, bir köpükdən fata tax
Oynağan dalğaları toyumuza çağıraq
Səni sevirəm demə
Gəl sadəcə su olaq...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə