Sevgilərinənaxmağı
öpülməyən dodaqlarda qaldıs evgi
vida görüşündə sevdik və ayrıldıq,
bu həm də ilk görüşümüz idi-
ilk və son,
öpüşmədik,
əllərindən tutmadım,
tanıya bilmədim səni.
indi isə həsrətim sevgimdən daha böyük.
Başqa qızlarda axtardım varlıgını-
hər birində sən vardın,
amma yoxluğun tərk etmirdi məni.
varlığın ruhuma həkk olunmuşdu.
ərinlə bir yataqda uyuyanda
yastığımı qucaqladım.
həyat sərt üzünü göstərdi mənə,
kimsəsiz uşaqlar kimi dolandım küçələrdə.
İlk ve son gorüşdə sənə aldığım
solan güllərdə qaldı sevgi,
indi əllərim əsir.
Yoxsul bir şairəm, aclıqdan ölürəm,
cibimdə
heç siqaret parası da yox.
insanlardan mərhəmət ummuram,
bir şeiri bir çörəyə satıram.
Taleyim sənsizlik içində gəbərir,
ruhum da satıldı ilk şeirimi satanda…
Geri dönməyə də üzüm yox indi.
Quruyan göz yaşlarında qaldı sevgi…
kaş qurumayaydı yanaqlarında,
içəydim göz yaşlarını-
ölum anında xəstə adamın içdiyi
son şəfa dərmanı kimi…