Nə getməyə bir yerim var,

Nə qayıdıb durmağa.

Nə isə hazır dayanıb-

Könlümü sındırmağa.

 

 

Heç ürəkdən sevinmədim,

Qoymadılar gülməyə.

Dünya əcəb gözəl yerdi-

Dərdin alıb ölməyə

 

Sındırdılar qanadımı,

Göydə uçan lələyəm.

Hər şey mənə yasaq oldu,

Ta əzəldən beləyəm…

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə