XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qələmi, ictimai fəaliyyəti ilə özünün ədəbi məktəbini yaratmış Səməd Vurğunun 110 illiyi qeyd olunur. Poeziyaya, sənətə vurğun olan bu söz dahisi ölkənin bütün ədəbi qurumlarında, təhsil ocaqlarında anılır. Martın 29-da isə Azərbaycan Yazıçılar Birliyində (AYB) Səməd Vurğunun anadan olmasının 110 illik yubileyi münasibətilə qələm adamları bir araya gəldilər. AYB.az xəbər verir ki, öncə xalq şairinin Fəxri Xiyabanda məzarı ziyarət edildi. Daha sonra qurumun "Natəvan” klubunda Azərbaycanın ilk xalq şairi, əməkdar incəsənət xadimi olan Səməd Vurğun yaradıcılığı, şəxsiyyəti bir daha xatırlandı.
Martın 14-də Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib.
«Bu doğma ellərdə axtararsınız»
Martın 9-da Nizami Kino Mərkəzində Bakı şəhər Mədəniyyət və Turizm idarəsi ilə Azad Azərbaycan Müstəqil Teleradio şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Martın 3-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçiliği ilə Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr edilmiş “Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə keçirilib.