“Kitabçı” jurnalı  gələn həftədən  satışda olacaq. Məzmunu və formatı etibarilə olduqca yeni, yenilikçi bir sənət,ədəbiyyat, kitab dərgisidir.  Jurnalın redaksiya heyətində, müəllifləri sırasında çağdaş  Azərbaycan ədəbiyyatının ən yeni və ən istedadlı imzaları var. Aylıq rəngli nəşr olan “Kitabçı” hansı zərurətdən yarandı?  Nə kimi hədəfləri var? Bütün bu suallarla bağlı jurnalın baş redaktoru  Səlim Babullaoğluya müraciət etdik.

Ardını oxu...











Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının təşəbbüsü və təşkilatçılığı ilə fevralın 26-da saat 13.00-da Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Sahil bağında “Qanlı gəlincik-13 dəqiqə” fləşmobu təşkil edilib. AYB-in mətbuat xidmətindən verilən məlumata görə, Gənclər Şurasının üzvləri flaşmobun keçiriləcəyi 13 dəqiqə ərzində Sahil bağında övladını itirmiş xocalılı ananı təmsil edən, qolları üzərində qanlı gəlincik tutmuş qadının yanında susaraq dayanıblar. AYB-nin mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rza belə tədbirlərin təşkilində məqsədin insanların milli faciəmizə-Xocalı qətliamına dünyanın diqqətini cəlb etmək olduğunu vurğulayıb: «Məhz saat 13-00-da, 13 dəqiqə susmaq bu tarixin ən nəhs, ağrılı günlərimizdən biri olduğunu xatırladır. Bəzən sükut dərdləri, faciələri sözdən daha yaxşı anladır. Ona görə də Gənclər Şurası olaraq bu qərara gəldik ki, milli dərdimizi susaraq dünyaya bir daha elan edək. Bu həm də bizim erməni vəhşiliyinə, erməni terroruna üsyanımızdı». Fləşmob bağdan keçən insanların da diqqətini cəlb edib. 13 dəqiqə ərzində bağda 100-dən artıq iştirakçı toplaşaraq Xocalıda qətliama məruz qalan qurbanların xatirəsini ehtiramla yad ediblər.


Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının təşəbbüsü və təşkilatçılığı ilə fevralın 26-da saat 13-00-da Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Sahil Bağında ( «Sahil» metrosunun yaxınlığı ) «Qanlı gəlincik-13 dəqiqə» fləşmobu keçiriləcək.

Ardını oxu...




Bu il fevralın 17-18-də Türk dünyasının Mədəniyyət paytaxtı Əskişəhərdə VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi keçirilib. Konqres Avrasiya Yazarlar Birliyinin və TÜRKSOY-un təşkilatçılığı ilə baş tutub və İsmayıl bəy Qaspiralının vəfatının 100 illiyinə ithaf olunub.

Ardını oxu...