Sən mənə hər dəfə sual verirsən:
Mən səninçün kiməm?Nəçiyəm? Nəyəm?
Mən də istəyirəm cavabın deyəm...
-Sən mənə həm “Sən”-sən,həm də “Sənsizlik”...
Sən mənimçün “Sən”-sən ona görə ki,
Səndən başqasını sevə bilmirəm...
“Sənsizlik”!
Xəyanət təkcə basqasını sevmək deyil
Həm də məni sevməməkdir, qadınım.
Təzə-təzə yetişirik ərsəyə,
Ana, bizə indən belə gərəksən,
Zəhmətinin bəhrəsini görməyə,
Ana, bizə indən belə gərəksən.
Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.
Həlim təbiət, kövrək sadəlövhəm
Qar, yağışa həsrət susuz səhrayam.
Nə tez tanıdı yaxamı kədər, qəm,
Sən hardan bilirdin üzüyolayam?
Ey tale qisməti, alın yazısı.