Bu nə sirrdi? İnsanları tanımıram!..
Adamdımı, yoxsa kimdi yanımızda yaşayanlar?
Fikir versək - çoxlarının iki üzü,
çoxlarının min dili var.
Mən heç bir vaxt axtarmaram,
Məndə ölən bir insanın
Hardadır deyə məzarını.
ÖZÜNÜ ÇOX GÖRMÜSƏN,
BU DƏFƏ DƏ MƏNİ GÖR.
BAŞQA BİR VÜCUDDAKI,
ELƏ YENƏ SƏNİ GÖR.
Çətin keçib uşaqlığım,
ayaqqabım yırtılardı
Böyüyəndə ayağım.
ayağınız böyüməsin deyə
dua etmisinizmi heç?!
Uşaqlıq illərim asan keçməyib...
Bir az çətin olub uşaq illərim.
Gözümdə dünyanın işığı sönür
Bəlkə bu dünyadır tərsinə dönür
Azalıb ümüdlər kədərə dönüb
Sevinc oz payını qəmimlə bölür.
Rahat buraxmayır məni bu sual:
Görən nə edərdim sən olmasaydın?
Bəxtəvər olmağa tapmamış macal,
Bil, ölüb gedərdim sən olmasaydın.
Ürəyinə sözlər dolur,
Kəlmələr, cümlələr dolur.
Dinə bilmir gözlər dolur
Niyə axı lal doğulur,
Bir ananın bir övladı?!
Bu dəli könlümün sirrli məkanı
Deyildi yerlərin tozu torpağı
Yerdəki yarını axtarmırdı o
Sonsuz səmalardı onun oylağı