Ozan çalsın havamızı,
adını sən qoy...
Uçurduğun yuvamızın
adını sən qoy...
Yadındadı?
payız idi…
Yadındadi?
o ilk baxış?
Dağlar “Yanıq Kərəm”, dərə “Lələ”di,
“Kərəm”in ardınca çəkdi öz köçün.
Dərələr özünü şəhid eylədi,
Dağları göylərə qaldırmaq üçün.
Unudulmaz bir tarixsən,
Viran qalmış bir arxivsən,
Sən bizimsən sən mənimsən,
Bizə həsrətdir Borçalım.
La Ilahə İl Allah!
La Ilahə İl Allah!
Dünyada Məryəm adlı
Bir sirrin var ey Allah!
Qəşəm Nəcəfzadə:
Kəndimizə şəhid gətirdilər bu səhər
Anası göyə çıxmaq istədi
Ayağından çəkdilər.
Əllərini havadan
Tabut kimi endirdilər….
Ayaqların altına.
Əllərində, özgənin əl izi var ,
Qəlbində,başqasının sevgisi var.
Dilində, özgə birinin adı var,
Bu gün gördüm nə mən varam,
nə yerim var.
Anamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür.
Aybaay, günbəgün ,saatbasaat
Cavanlığı barmağından sürüşür.