Məhkəmə qurulub….
Ürəyimin məhkəməsi…
Sevdiyi bir insan ücün
dara çəkilən ürəyim…
...Kədərin zirvəsi-sеvincin bаşlаnğıcı... bu аndаn dоğulur pоеziyа-görünən və görünməyən dünyаnın qоvuşduğu dərinlik, ölümlə həyаtın sevişdiyi ənginlik.
Açıq kitaba bənzəyir
sərhəd dirəklərinin
böldüyü torpaq.
Usta, alverin çox olar,
Bu qara rüzgarla çağla.
İstəyirmən bir beh verim,
Yaxşısın mənə saxla.
Yenə də yalanlar deyir gözlərin,
Yolun sonunamı gəldik sevgilim?
Nə getməyə bir yerim var,
Nə qayıdıb durmağa.
Nə isə hazır dayanıb-
Könlümü sındırmağa.
Nə gözəl yağırsan, ay yağış,
Elə bil, sevincdən bir gözəl
Ağlayır göydə
Adam hərdən ümidini yeyir ucqarda;
fikirləri köçaköçdü – ürəksiz yeyir?
Axşam-axşam ulduz altda duza batırıb,
adam hərdən ümidini çörəksiz yeyir, –
Vurğun-bir ölkənin sənət şahıdır!
Vurğun-şeirimizin eşq allahıdır!