Bir gün bu gün də öləcək,
başqa ölən günlər kimi.
Ürəyini sıxma belə -
bütün doğulanlar ölür.
Ömürdən yük götür bir az belinə
Yolun yarısında tükənə bilər
Düşəsən bir dəli külək əlinə
Gedəsən dünyanın sonsuzluğuna
Insan oğlu,xoş gəlmisən!
Buyur qardaş,çıx başıma.
Yox,narahat olma qəti,
Çox gəlibdir,çox başıma.
Sən ey, bu dünyanın yeddi aylığı,
Şikəst doğulmuş bivec övladı,
Başına bağlayıb qanlı yaylığı,
Yüz yol ağlayarlar, yüz öldürərlər!.
Sevgilərinənaxmağı
öpülməyən dodaqlarda qaldıs evgi
vida görüşündə sevdik və ayrıldıq,
bu həm də ilk görüşümüz idi-
ilk və son,
öpüşmədik,
əllərindən tutmadım,
tanıya bilmədim səni.
Qəm yeyir ürəyim nə vaxtdan bəri,
Çox görüb hicrindən o, dərdi- səri.
Sənsiz hər səhəri açmışam diri,
Dikilib yoluna göz, alagözlüm!
Haçansa könlümə bir həvəs gələr,
Əllərim uzanar sevgiyə sarı.
Haçansa evimə bir nəfəs gələr,
Bir az da uzanar eşqin yolları.
Nifrətə çevirdin baxışlarımı
Mən belə deyildim nə olub mənə
Öldürdün qəlbimdə arzularımı
Mən nə söyləyim ki, yaraşsın sənə.
Oxu, sarı gəlinim,
Dinsin könlün qübarı!
Səsin bağrımı dəlsin,
Qalsın ömür də yarı!