Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Xalq yazıçısı Anarın ikicildliyi nəşr olunub.
Azərbaycan Xalça Muzeyində şair Nigar Həsənzadənin rəhbərliyi ilə keçirilən Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbiyyat layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş təşkil olunub.
Fevralın 21-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri”nə başlanılıb.
Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Kağız qəbir” adlı filmin təqdimatı keçirilib.
Fevralın 15-də Argentinanın ölkəmizdəki Konsulu və mədəniyyət məslələri üzrə müşaviri Eduardo Cavallero Azərbaycan Yazıçlar Birliyində olub.
Fevralın 7-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı-publisist Pərvinin “Qadın olmaq” və “Sevdim səni” kitablarının təqdimat mərasimi keçirilib.
Yanvarın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Sabir Sarvanın 60 illik yubileyinə həsr edilmiş tədbir təşkil olunub. Tədbiri giriş sözüylə Birliyin katibi Rəşad Məcid açaraq S. Sarvanın poeziyasından danışıb: “Sabir şeirləri ilə insan təbiətini saflaşdıran, duruldan bir şairdir. O, bədii yaradıcılıqla yanaşı ictimai fəaliyyətlə də məşğuldur. Yazıçılar Birliyinin ən yaxşı fəaliyyət göstərən qurumlarından biri Sumqayıt şöbəsidir. Bu, heç şübhəsiz, Sabirin əməyi, əzmi, iradəsi və təşkilatçılığı ilə başa gəlir”.
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda, Əsir və itkin düşmüş, girov götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə çap olunan “Qətl edilmiş uşaqlar” kitabının təqdimat mərasimi keçirilib.
Yanvarın 17-də Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli türkoloq, professor Tofiq Məliklinin “Türk ədəbiyyatı tarixi” kitabının rusca nəşrinin təqdimatı keçirilib. Tədbiri AYB sədri, Xalq yazıçısı Anar açaraq kitab haqda məlumat verib: “Tofiq Məliklinin bu kitabı çox qiymətli nəşrdir. Moskvada da çap olunub və orada kitab haqda yazım da dərc edilib. Ümid edirik ki, yaxın zamanlarda Azərbaycan dilinə çevriləcək”.